O, atasının hökumətin təyin etdiyi qaydalara əməl etmədiyini və hər gün yola çıxdığını qeyd edib
Hindistanda bir nəfər karantin qaydalarına riayət etmədiyi üçün atasından polisə şikayət edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Məlumata görə, paytxat Yeni Dehlidən yaşay 30 yaşlı Abhişek Sinq 59 yaşlı atası Virender Sinqin komendat saatına rəğmən küçəyə çıxdığına görə ondan şikayət edib.
Şikayətçi ərizəsində bütün təkidlərinə baxmayaraq, atasının hökumətin təyin etdiyi qaydalara əməl etmədiyini və hər gün yola çıxdığını qeyd edib.
Qeyd edək ki, Hindistanın Baş Naziri Narendra Modi xəstəliyin yayılmasının qarşısını almaq üçün martın 24-d əhalinin evlərindən çıxmasına qadağa qoyub.