Nyu-Yorkda koronavirusun yeni ştammına yoluxma qeydə alınıb

Dünya

05.01.2021 - 09:31

Həkimlər Klinikalar SEO Xidməti

Endyu Kuomo: "Yeni ştamma yoluxan şəxs yaxın zamanda heç bir səyahət etməyib, bu isə o deməkdir ki, virusun bu vaiantı cəmiyyətimizdə mövcuddur"

 

ABŞ-ın Nyu-York ştatında Böyük Britaniyada aşkarlanan yeni ştammına yoluxma halı qeydə alınıb. AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Endyu Kuomo mətbuat konfransı zamanı deyib.

 

Onun sözlərinə görə, yeni ştamma yoluxma halı Saratoqa dairəsində aşkarlanıb: "Yeni ştamma yoluxan şəxs yaxın zamanda heç bir səyahət etməyib, bu isə o deməkdir ki, virusun bu vaiantı cəmiyyətimizdə mövcuddur".

 

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş