Nümayəndələr Palatası Ukraynaya yardım məsələsinə baxmaqdan imtina edib

Dünya

14.02.2024 - 11:09

cedabet dərman SEO Xidməti

Qanunvericilər hələ qəbul olunmamış 2024-cü maliyyə ili üçün federal büdcə məsələsi ilə məşğul olurlar

ABŞ Nümayəndələr Palatası hələlik Ukraynaya maliyyə yardımı ayrılması ilə bağlı qanun layihəsinə baxmayacaq. AYNA xəbər verir ki, bu barədə “Punchbowl News”a Palatanın spikeri Mayk Conson bildirib.

Onun sözlərinə görə, gündəmdə daha aktual məsələlər var - qanunvericilər hələ qəbul olunmamış 2024-cü maliyyə ili üçün federal büdcə məsələsi ilə məşğul olurlar.

“Biz son tarixlərdəyik. Bu, hazırda Nümayəndələr Palatasının diqqət mərkəzindədir”, - Conson bildirib.

Qeyd edək ki, fevralın 13-də ABŞ Prezidenti Co Bayden Nümayəndələr Palatasını müttəfiqlər - Ukrayna, İsrail və Tayvana 90 milyard dollarlıq yardımın ayrılmasını tez bir zamanda təsdiqləməyə çağırıb. Kiyevin payına təxminən 60 milyard dollar düşür.

Dövlət başçısının sözlərinə görə, bu məsələdə Vaşinqtonun hərəkətlərini həm müttəfiqlər, həm də rəqiblər izləyir.

Xatırladaq ki, ABŞ Senatı fevralın 13-də Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihəsini təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş