Növbəti tədris ili üçün tətil günləri açıqlanıb

Cəmiyyət

23.08.2021 - 21:54

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb 

 

Ümumi təhsil müəssisələrində 2021-2022-ci dərs ili üçün tətil günləri açıqlanıb.

 

AYNA xəbər verir ki, bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqi haqqında təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd edilib.

 

Əmrə əsasən, dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

 

Dərs ili iki yarımilə bölünür:

birinci yarımil - 15 sentyabr - 26 yanvar;

ikinci yarımil - 1 fevral - 14 iyun.

 

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş