Növbəti qabiliyyət imtahanları sabah keçiriləcək

Xəbərlər

16.08.2021 - 13:26

Abituriyentlər musiqi, təsviri sənət, islamşünaslq və bədən tərbiyəsi üzrə qabiliyyət imtahanı verəcəklər

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün xüsusi qabiliyyət imtahanları davam edir.

 

DİM-dən AYNA-ya bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 17-də keçiriləcək. Abituriyentlər musiqi (ali), təsviri sənət (11 illik), islamşünaslq (ali) və bədən tərbiyəsi (9 və 11 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.

 

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.

Müəllif: Ayna.az