Nigeriyada kilsəyə hücum olub

Dünya

29.04.2026 - 21:44

Keşiş öldürülüb: kilsədə olan bir neçə şəxs qaçırılıb

Nigeriyanın cənubundakı Ekiti ştatında silahlı şəxslər kilsəyə hücum ediblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, keşiş öldürülüb, kilsədə olan bir neçə şəxs isə qaçırılıb.

Bildirilib ki, hadisə İda Onyo Ekiti qəsəbəsində açıq havada keçirilən dini mərasim zamanı baş verib. Naməlum silahlılar kilsə həyətinə daxil olaraq mərasimə rəhbərlik edən keşişə atəş açıb və onu yerindəcə qətlə yetiriblər.

Yerli mənbələrin məlumatına görə, hücumçular daha sonra bir qrup dindarı yaxınlıqdakı meşəlik əraziyə aparıblar. Qaçırılanlar arasında yaşlı şəxslərin və uşaqların olduğu bildirilib.

Nigeriya təhlükəsizlik qüvvələri əraziyə cəlb olunub və hücum edənlərin axtarışına başlayıb. Məlumata görə, hadisə bölgə sakinləri arasında təşviş və qorxu yaradıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş