“Bu, mənim üçün bayram yox, çətin və vacib bir gündür"
İsrail parlamenti (Knesset) özünə yeni spiker seçib.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Nazir Benyamin Netanyahunun əsas siyasi rəqibi sayılan "Kahol-Lavan" mərkəzçi blokunun lideri Benni Hants 120 deputatdan 74-nün səsini alaraq, spiker seçilib.
Hants qalibiyyətinə sevinmədiyini deyib:
“Bu, mənim üçün bayram yox, çətin və vacib bir gündür. Hamımız İsraili birinci yerə qoymalıyıq. İsrail vətəndaşlarına düzgün işləməyi vəd edirəm”.