Netanyahu oğlunun təhlükəsizliyini gücləndirməyi xahiş edib

Dünya

28.08.2024 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

İsrailin Baş naziri sui-qəsd cəhdindən qorxur

İsrailin Baş naziri Benyamin Netanyahu Mayamidə yaşayan oğlu Yairin "İranın hədəfinə" çevrilə biləcəyi qorxusuna görə onun təhlükəsizliyinin artırılmasını istəyib. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Netanyahu iyulun 31-də Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İranın xaricdə israillilərə sui-qəsd təşkil etməyə cəhd edə biləcəyi ilə bağlı xəbərlər fonunda təhlükəsizliyin artırılmasını istəyib.

Qeyd edək ki, Yair Netanyahu 2023-cü ilin martından Mayamidə yaşayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş