“Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb”
İsrailin Baş naziri Benyamin Netanyahu hərbi kabineti buraxdığını elan edib. AYNA xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Baş nazir bildirib ki, Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb.
Xatırladaq ki, bu struktur ötən il oktyabrın 11-dən etibarən HAMAS ilə mübarizə məqsədləri üçün yaradılmışdı.