Nazirliyin və Hərbi Prokurorluğun nümayəndələri Qarabağa getdilər

Xəbərlər

19.03.2021 - 13:58

Nümayəndələr işğaldan azad edilmiş ərazilərdəki hərbi hissələrdə olublar

 

2021-ci il üçün birgə fəaliyyət planına əsasən, Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olublar. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Şəxsi heyətin məişət şəraiti ilə tanışlıqdan sonra hərbi hissələrdə xidmət edən müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular ilə görüşlər keçirilib və hərbi qulluqçuların hüquqlarına dair suallar cavablandırılıb.

 

Sonda bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif olunub.

Müəllif: Ayna.az