Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı <font color=red> AÇIQLAMA</font>

Xəbərlər

19.03.2021 - 23:48

Problemin lokal deyil, qlobal xarakter daşıdığı bildirilib

 

“Bu gün saat 21:00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb”.

 

AYNA xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsələ ilə bağlı açıqlamasında deyilir.

 

Bildirilib ki, problem lokal deyil, qlobal xarakter daşıyır:

 

“Dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar.​

 

Saat 22:00 radələrindən etibarən problem aradan qalxıb”.

Müəllif: Ayna.az