Nazirlik rəsmisindən bağçalarla bağlı <font color=red> AÇIQLAMA</font>

Xəbərlər

01.04.2021 - 17:04

Vəfa Yaqublu: “Bağçalarda tədrislə bağlı yerli icra hakimiyyətləri qərar qəbul edəcəklər”

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu universitet və bağçalarda tədrisin əyani formada davam edib-etməyəcəyi məsələsini şərh edib.

 

AYNA-nın xəbərinə görə, şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyi Kollegiyasının bugünkü qərarı yalnız ümumtəhsil müəssisələrini əhatə edir.

 

"Bildiyiniz kimi, ali təhsil müəssisələrində tədris distant formada davam edirdi, əyani dərslərə başlanılmamışdı. O ki, qaldı məktəbəqədər təhsil müəssisələrinə, bu müəssisələr yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyətləri vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər”, - deyə Yaqublu qeyd edib.

Müəllif: Ayna.az