“Bizim vəzifəmiz Ukraynanı ehtiyacı olan silahlarla təmin etməkdir”
“NATO Ukraynanı dəstəkləməyə davam etmək zərurəti ilə bağlı sınaq qarşısındadır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Bizim vəzifəmiz Ukraynanı ehtiyacı olan silahlarla təmin etməkdir. Müttəfiqlər artıq misli görünməmiş hərbi dəstək veriblər ki, bu da uğurları əldə etməyə imkan verib. Bu gün əsas vəzifə bu dəstəyi saxlamaqdır”, - deyə baş katib qeyd edib.
Stoltenberq ABŞ-dan əlavə yardım gözlədiyini də sözlərinə əlavə edib. Onun fikrincə, Ukrayna münaqişəsi həm də Vaşinqtonun təhlükəsizliyi ilə bağlıdır.
Stoltenberq beynəlxalq yardımın azalması səbəbindən NATO-nun Ukrayna ilə bağlı strategiyasında mümkün dəyişikliklə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.