NATO: Rusiyanın Moldovaya hücum riski yoxdur, amma...

Dünya

29.03.2023 - 14:52

Alyans rəsmisi: “Təkrar edirəm ki, biz Rusiyanın Moldovaya gözlənilməz hərbi hücumu riskini görmürük”

Şimali Atlantika Alyansı (NATO) Rusiyanın Moldovaya mümkün hücumu riskini görmür, lakin ölkədə sabitliyini pozmaq cəhdlərini müşahidə edir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə NATO baş katibinin müavini Mirça Coana deyib.

“Mən demişəm və təkrar edirəm ki, biz Rusiya Federasiyasının Moldova Respublikasına gözlənilməz hərbi hücumu riskini görmürük”, - deyə o vurğulayıb.

Coana həmçinin Alyansın Moldovaya hərbi dəstəyi gücləndirmək niyyətində olduğunu söyləyib.

Qeyd edək ki, martın 27-də Moldovada xüsusi təyinatlı birləşmələrin NATO ölkələri ilə birgə hərbi təlimləri başlayıb. Moldova, Rumıniya, ABŞ və Britaniya xüsusi təyinatlılarının hərbi qulluqçuları arasında birgə təlim və təcrübə mübadiləsi aprelin 7-dək davam edəcək.

Müəllif: Ayna.az