"Biz reaksiya verməkdənsə, daha aqressiv və fəal hərəkət etməyi düşünürük"
NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone bildirib ki, Şimali Atlantika Alyansı hibrid hücumlara cavab olaraq Rusiyaya qarşı “önləyici zərbə” tətbiq etməyi düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə Draqone “Financial Times” (FT) qəzetinə müsahibəsində bildirib.
"Biz reaksiya verməkdənsə, daha aqressiv və fəal hərəkət etməyi düşünürük", deyə qeyd edib.
O deyib ki, “qabaqlayıcı zərbə” “müdafiə hərəkəti” sayıla bilər, lakin bu, “normal düşüncə və davranış tərzimizdən kənara çıxır”.
Hərbi rəhbər vurğulayıb ki, bu cür tədbirlərin həyata keçirilməsində əsas problem “yurisdiksiya məsələləri” və onların həyata keçirilməsinə konkret kimin cavabdeh olacağını müəyyən etməkdir.
Draqone etiraf edib ki, hazırda NATO ölkələri "etik, qanun və yurisdiksiyaya görə rəqiblərimizdən daha çox məhdudiyyətlərə malikdir".
Bununla belə, NATO rəsmisi qeyd edib ki, Alyans hələ də Rusiyanın təcavüzkar hərəkətlərinə cavab vermək üçün bir yol tapmalıdır: “Cavab hərəkəti və ya qabaqlayıcı zərbələr vasitəsilə çəkindirmənin necə əldə olunduğunu dərindən təhlil etməyimiz lazımdır”.