NATO rəsmisi: “Ukraynaya kömək etmək getdikcə çətinləşir”

Dünya

14.11.2023 - 17:18

cedabet dərman SEO Xidməti

David van Wiel: “Yardımın dayandırılması beynəlxalq təhlükəsizliyə zərbə olardı”

“NATO-nun Ukraynaya dəstək verməsi getdikcə çətinləşir, lakin Alyans yardımı kəsmək fikrində deyil”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu NATO baş katibinin köməkçisi David van Wiel deyib.

“Müharibə nə qədər uzun sürərsə, yardım göstərmək bir o qədər çətindir. Lakin döyüşən ukraynalılar üçün vəziyyət yalnız silah və pulla kömək edən bizdən qat-qat çətindir. Ona görə də yardımı davam etdirmək lazımdır”, - deyə van Wiel bildirib.

NATO rəsmisi həmçinin vurğulayıb ki, Kiyev eyni zamanda, Alyans üçün mübarizə aparır.

“Yardımın dayandırılması beynəlxalq təhlükəsizliyə zərbə olardı. Ona görə də NATO-da dəstəyə ehtiyac barədə konsensus var”, Wiel vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş