“Liberal elitalar Fitsonu bəyənmədiyi üçün onu öldürməyə cəhd etdilər”
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdin motivini açıqlayıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.
Narışkin qeyd edib ki, liberal elita siyasətçini bəyənmədiyinə görə öldürmətyə cəhd edib: “Onların fəaliyyət coğrafiyası daha genişdir. Bu, liberal elitaya etiraz edən, ölkəsinin, xalqının milli maraqlarını müdafiə etmək üçün öz sözünü deməyə cəsarət edən Slovakiyanın Baş naziri Robert Fitsonun vəzifədən uzaqlaşdırılmasına cəhddir”.
Narışkin əlavə edib ki, Slovakiyanın Baş nazirinin həyatına sui-qəsd Moskva yaxınlığındakı “Crocus City Hall” konsert kompleksində törədilən terror aktı ilə eyni zəncirin halqasıdır. Onun sözlərinə görə, hər iki cinayəti Rusiyanın əleyhdarları törədib.