Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı təkzib edib

Xəbərlər

16.08.2021 - 12:22

“Hərbçimizin həlak olması barədə Ermənistanın yaydığı məlumat yalandır”

 

Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, qarşı tərəf bu kimi yalan məlumatlarla törədə biləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir.

Müəllif: Ayna.az