Dünyaca tanınmış şəxs vəfat edib

Xəbərlər

22.07.2019 - 17:56

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə başsağlığı verib

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano vəfat edib. AYNA xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hadisə ilə başsağlığı verib. Başsağlığında deyilir:

 

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun vəfatı bizi dərindən kədərləndirdi. O, böyük diplomat və nüvənin yayılmamasını dəstəkləyən biri idi. Onun ailəsinə baş sağlığı veririk”.

Müəllif: Ayna.az