Mərdəkan körpüsündən avtomobil aşıb

Hadisə

23.08.2019 - 14:26

Yaralılar 3 saylı Sabunçu xəstəxanasına aparılıblar

 

Bu gün Mərdəkan körpüsündən bir avtomobil aşıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər yaralanıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, 31 yaşlı qadın qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağı sol baldırın əziyi, 33 yaşlı kişi döş qəfəsinin əziyi ilə xəstəxanaya yerləşdirilib.

 

Yaralılar 3 saylı Sabunçu xəstəxanasına aparılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Müəllif: Ayna.az