Moskvada koronavirusdan daha 30 nəfər ölüb

Dünya

10.10.2020 - 03:34

Koronavirus can almaqda davam edir 

 

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 30 nəfər ölüb.

 

AYNA-nın məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

 

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 30 xəstə dünyasını dəyişib".

 

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 560 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş