“Moskvada İlham Əliyev soruşmalıdır ki...” - <font color=red> Qərbin sualı</font>

Siyasət

30.12.2020 - 10:18

ABŞ və Almaniyadan olam ekspertlərin 11 yanvarda keçiriləcək görüş barədə proqnozları

 

11 yanvar 2021-ci ildə, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya gedəcək, burada Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ilə üçtərəfli görüş keçiriləcək. Erməni mənbələrinə görə, görüşün məqsədi 10 noyabrda imzalanan üçtərəfli bəyanata aydınlıq gətirməkdir.

 

Bu görüşdə iştirak edəcək tərəflərdən heç birinin bu məlumatları təkzib etməməsi diqqət çəkir. Bu görüş baş tutarsa, konkret hansı suallar qaldırıla bilər? Rusiyanın maraqları və Kremlin planları nədir? Maraqlıdır ki, 12 yanvarda Qarabağ ərazisindəki ermənilərin, nəhayət silahlarını yerə qoymalı olduqları vaxt başa çatır. Və üç ölkənin liderləri hansı dəqiqləşdirmələri aparacaqlar?

 

AYNA-nın suallarını amerikalı politoloq Endryü Korıbko və alman siyasi şərhçi Tobias Pfenniq cavablandırır.

 

- Hansı dəqiqləşdirmələrdən söhbət gedir? Məgər, üçtərəli saziş paketi tam deyilmi?

Журнал Международная жизнь - Гибридные войны. Часть I: закон ведения  гибридной войны

Endryü Korıbko: Görünən odur ki, anlaşmanın necə həyata keçirilməli olduğunun izahında bəzi qarışıqlıqlar var. Erməni silahlılarının (xaricdən ora gələnlər deyil, yerli erməni birləşmələrinin) tərksilah edilməsi, silahsızlaşdırılmasında Rusiyanın rolu, habelə Rusiya sülhməramlılarının geri çəkilməsinə qədər bölgədəki Azərbaycan qanunvericiliyinin mərhələli şəkildə bərpasında Moskvanın nə dərəcədə iştirak edəcəyi aydın deyil. Erməni terrorçularının son təxribatını nəzərə alaraq, birinci məsələ təcili əhəmiyyət kəsb edir və ikinci məsələ isə inteqrasiya prosesinin mümkün qədər hamar keçməsi üçün yaxın gələcəkdə aydınlaşdırılmalıdır.

 

Tobias Pfenniq: Ərazilərin qaytarılması və silahlı qarşıdurmanın faktiki sona çatması barədə bir razılaşma əldə edildi. Ancaq Paşinyan belə bir sonluqla razılaşa bilməz. Ermənistan daxilindəki mövqeyi kifayət qədər qeyri-sabitdir və ona görə də diqqəti bu görüşə yönəltmək istəyir. Keçmişdə Azərbaycan Qarabağ üçün qismən mədəni muxtariyyət verilə biləcəyini bildirmişdi. Paşinyan danışıqlar zamanı bu muxtariyyəti təmin etməyi bacararsa, o zaman ən azından danışıqlar masasında özünün qalib görüntüsünü yarada bilər. Təbii ki, Ermənistanın daxili auditoriyası üçün. Həqiqətən də, o, erkən seçkiyə gedirsə, bu görüş masasında yaxşı oyun nümayiş etdirməklə, hakimiyyətini xilas edə bilər.

 

- Azərbaycan Prezidenti açıq şəkildə hansı sualları qaldırmalıdır?

 

Endryü Korıbko: Azərbaycan, bölgədə aktivliyini saxlayan hər hansı bir erməni silahlısını tərksilah etmək və Bakının bölgə üzərində tam suverenliyini bərpa etməyə kömək etmək də daxil olmaqla, ondan gözlənilən bütün standart sülhməramlı əməliyyatların aparılmasında Rusiyanın məsuliyyət daşıdığını aydın şəkildə göstərməlidir. Prezident Əliyev Baş nazir Paşinyanın Rusiyanın gözlənilən addımlarını açıq şəkildə dəstəkləməsini və son zamanlar silahlı erməni yaraqlılarının törətdiyi terror aktlarını rəsmi qınamasını təmin etmək üçün əlindən gələni etməlidir. Ermənistan rəhbəri, həmçinin özünün, hərbçilərinin və vətəndaşlarının bu silahlılara heç bir maddi, siyasi və ya maliyyə dəstəyi verməyəcəyinə zəmanət verməlidir.

Правительство Германии платит деньги СМИ за вещание неправдивой информации  об Украине - СБУ.ua

Tobias Pfenniq: Əliyevin bu görüşdə praktik olaraq heç bir şey etməsinə ehtiyac yoxdur, çünki Azərbaycan müharibəni artıq qazanıb. Paşinyanın daim onun diqqətini tələb etməsi Putini əsəbləşdirir. Paşinyan Kremlin işi deyil və ona ehtiyacları yoxdur. Əliyev görüşdə bir sual verməlidir: Niyə yenidən buradayıq? Artıq hər şey bitdi. Rusiya üçün Qarabağ məsələsi həll edildi. Putin artıq Qarabağın Azərbaycan olduğunu bildirdi. Fikrini dəyişdirməsinə ehtiyac yoxdur. Ancaq çox güman ki, o, Ermənistana məğlubiyyətlə barışmaq və hakimiyyətin daha ağrısız ötürülməsini həyata keçirmək üçün daha çox vaxt verməyə və ya elan edildiyi kimi, Qarabağdakı ermənilər üçün bəzi xüsusi azlıq hüquqlarının zəmanətlərini almağa hazırdır.

 

- Rusiya təzyiq göstərməklə Qarabağın siyasi statusu məsələsinə qayıda bilərmi?

 

Endryü Korıbko: Rusiyanın bu məsələyə qayıtması onun üçün yaxşı bir ideya olmazdı. Üstəlik, barışıq sazişinin mətnində bu barədə bir kəlmə belə, deyilmir ki, bu amilin özü də Azərbaycan tərəfindən bu bölgənin beynəlxalq hüquqa uyğun olaraq ölkənin ayrılmaz hissəsi olmasının tanıması kimi şərh olunur. Buna baxmayaraq, Moskvanın Azərbaycanı 2017-ci ildə Suriyada kürdlər üçün olduğu kimi “mədəni muxtariyyət” adlandırılan məsələyə baxmağa razı salmağa çalışacağı mümkündür. Moskva bunu həm də Ermənistanı Rusiyanın onlara “xəyanət etmədiyinə” inandırmaq üçün edə bilər. Dəməşqlə yaxın müttəfiqlik münasibətlərinə baxmayaraq, kürd muxtariyyəti layihəsində heç bir irəliləyiş əldə edilməməsi diqqət çəkir. Bəzi analitiklər, Dəməşqin Rusiyanın açıq şəkildə belə bir model təklif etməsinə başladığına görə çox incik olduğunu düşünürlər.

 

Tobias Pfenniq: Bakı indi Rusiyanın Qafqazdakı əsas müttəfiqi olduğunu anlamalıdır. Bu mövqe Moskvadan çox şey istəmək üçün Bakıya müəyyən üstünlüklər verir.

 

- Hərbi cinayətlər ittihamı ilə cinayət işi başlanılan Ermənistan vətəndaşlarının ekstradisiyası məsələsində Bakı Moskvanın razılığını və dəstəyini ala bilərmi?

 

Endryü Korıbko: Bu insanlar İnterpol tərəfindən axtarışa verilməyibsə və İrəvan onları təhvil verməyi rədd etməsi halları isitisna olmaqla, Rusiya bu məsələdə açıq şəkildə iştirak etmək istəməyə bilər. Hətta, həmin ermənilərə Rusiya ərazisində sığınacaq verildiklərinə dair bir dəlil olsa belə.

 

Tobias Pfenniq: Ermənistan vətəndaşlarının ekstradisiyası məsələsi Ermənistanda həll olunan bir şeydir. İndiki vəziyyətdə Paşinyan çətin ki, belə bir güzəştə gedə bilsin. Bu vəziyyətdə altındakı kreslo daha da çalxalanmağa başlayacaq.

 

- Kreml Bakıya tərəf addım ataraq, sülhməramlılarına “DQR” bayrağı altında separatçılarla müxtəlif görüşlər keçirməyi qadağan edəcəkmi?

 

Endryü Korıbko: Yaşayarıq – görərik. Kremlin Bakıya bu məsələdə yardım etməsi ermənilər üçün Moskvanın onlar üçün “mədəni muxtariyyət” adlandırılan ideyanın tərəfdarı olmadığına dair güclü bir siqnal olacaq. Lakin bundan imtina Moskvanın Bakı ilə İrəvan arasında “kompromis” kimi təşviq etməyə çalışdığı, Kremlin üstünlük verdiyi “mədəni mixtariyyət” məsələsinin siyasi proje kimi yozulmasına da gətirib çıxara bilər.

 

Tobias Pfenniq: Düşünürəm ki, Bakı Kremli buna inandıra biləcək. Ancaq bu məsələdə son dərəcə maksimalist olmalı deyilsiniz. Azərbaycan separatçıların inzibati təcrübəsindən istifadə edə bilər. Xüsusilə, Bakı istəsə, hərbsizləşdirilmiş və qeyri-siyasi vəziyyətdə qala bilən şəhərlər üzərində nəzarət strukturları işini davam edə bilər. Yəni, Qarabağ erməniləri Qarabağ ermənilərinə nəzarət edəcəklər, amma Ermənistanın deyil, Azərbaycanın maraqlarına xidmət edəcəklər.

 

- Bu görüşün Qarabağ ermənilərinin silahlarını yerə qoymasına ayrılan son tarix ərəfəsində baş tutması diqqət çəkir. Görüşdən sonra proqnozunuz nədir? Qızğın keçən görüşdə əsas mübahisələr nəyin üstündə olacaq?

 

Endryü Korıbko: Bu məsələ, Rusiyanın yerli silahlıların silahsızlaşdırma, demobilizasiya və reinteqrasiyasına fəal şəkildə nail olmağa çalışmasının vacibliyini önə çəkir. İrəvan Moskvanı öz öhdəliklərindən yayınmağa sövq etməyə və ya itaət etməyi rədd edənlərə göz yummasına çalışacaq, Bakı isə Moskvanın bu prosesi sona çatdırmaq üçün əlindən gələni etməsini israr edəcək. Məhz bu gərgin kontekstdə Rusiya “mədəni muxtariyyət” modelini “kompromis” olaraq təklif edə bilər, bunun vasitəsi ilə ermənilərin tərksilah olunmasına, silahsızlaşdırılmasına və reinteqrasiyasına töhfə verə biləcəyini izah etməyə çalışa bilər. Bu “əl əli yuyar” prinsipi əsasında hansısa razılaşma bir müddət ictimaiyyətə açıqlanmaya bilər, amma ən azından problemin pərdə arxasında qaldılıracağını gözləmək olar.

 

Tobias Pfenniq: Keçmiş administratorların siyasi formada (partiya olaraq deyil), ancaq Azərbaycan rəhbərliyinə itaət etmək istəyən, erməniləri idarə edəcək bir növ mülki idarəetmə kimi mövcud olmasına imkan vermək olardı. Əsas sövdələşmə hazırda əhalinin əksəriyyətinin ermənilər olduğu ərazilərin siyasi idarəçiliyi ilə bağlı olacaq. Paşinyan azərbaycanlılardan mümkün olan hər şeyi almağa çalışacaq ki, xalqının qarşısında müsbət imicdə görünsün. Azərbaycan güzəştə gedə bilər, çünki döyüş meydanında artıq hər şeyə qərar verilib, amma nəticədə müharibənin artıq bitdiyi və Qarabağın tam olaraq Azərbaycanın olduğu aydın olmalıdır. Qalib səxavətli olmağı bacara bilər. Ancaq Azərbaycan siyasi və iqtisadi gücünü artırmaq üçün Qarabağdakı erməni əhalisini ölkəyə necə inteqrasiya etməyə başlayacağını gözləməlidir. Faktiki olaraq Azərbaycana tabe olan bir növ mədəni muxtariyyət bu müddətdə kömək edəcək həll yollarından biri ola bilər. Hər halda, silahlı müharibə bitdi və indi Azərbaycan səxavəti ilə beyinlər uğrunda müharibəni qazanacaq - ermənilər vaxtilə buna qarşı çıxmış olsalar da.

Müəllif: Zaur Mehdiyev