Qəzza zolağında atəşkəslə bağlı dolayı danışıqların birinci raundu nəticəsiz başa çatıb
İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı dolayı danışıqların birinci raundu nəticəsiz başa çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məsləhətləşmələrin gedişi ilə tanış olan Fələstin rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, iyunun 6-da axşam Dohada İsrail və HƏMAS nümayəndələrinin iştirak etdiyi danışıqlar bərpa edilib. Telekanalın mənbələrinə görə, İsrail nümayəndə heyətinin Fələstin hərəkatı ilə “müqavilə bağlamaq səlahiyyəti olmadığından” münaqişə tərəfləri atəşkəsin şərtlərini müəyyən edə bilməyiblər.