“Eurofighter Typhoon”un istehsalı sifariş olmaması səbəbindən dayandırılıb
Britaniyanın müdafiə şirkəti “BAE System” yeni sifarişlərin olmaması səbəbindən məşhur “Eurofighter Typhoon” qırıcılarının istehsalını dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbəsinə istinadən məlumat yayıb.
"Anqarda bir qırıcı qalıb. Əslində o əlavə avadanlıq və rəngləmə işlərini gözləyir. Əsas konveyerə gəlincə, o dayanıb, orada işçi yoxdur", - mənbə qeyd edib.
Uortondakı zavodun təyyarənin Qətərə son çatdırılmasını həyata keçirməyə hazırlaşdığı bildirilir. Bu sifariş 2017-ci ildə edilib.