Yapon mütəxəssislər sunami ehtimalını araşdırırlar
İndoneziyanın Flores adasında Levotobi adlı vulkan püskürüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, vulkan yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə 07:10) püskürməyə başlayıb. Yapon mütəxəssislər sunami ehtimalını araşdırırlar.
Levotobi iki zirvəsi olan vulkandır. Onun daha aktiv hissəsi olan Levotobi Laki-laki 1584 metr hündürlükdədir və Perempuanın ən yüksək zirvəsindən (1703 m) iki kilometr aralıda yerləşir.
İndoneziya Sakit Okeanın Atəş Halqasında, yüksək seysmik aktivliyə malik bölgədə yerləşir.
Ölkədə 500-dən çox vulkan var, onlardan 130-a yaxını aktivdir.