Koronavirus can almaqda davam edir
Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxması təsdiq edilmiş daha səkkiz pasiyent ölüb.
AYN TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda Koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahdan bildirilib.
Qeyd edilir ki, onlardan üçü şəkərli diabetdən əziyyət çəkib.
"Moskvada pnevmaniya diaqnozu təsdiqlənmiş və koronavirus testləri müsbət nəticə vermiş səkkiz pasiyent öldü. Ölənlərdən üçü şəkərli diabetdən əziyyət çəkirdi. Bütün pasiyentlərdə xəstəliklər müşahidə edilirdi”, - xəbərdə deyilir.