Moskvada daha 73 nəfər koronavirusun qurbanı olub

Dünya

19.11.2020 - 05:38

Koronsvirus can almaqda davam edir 

 

Moskvada son sutka ərzində daha 73 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 8082-yə çatıb.

 

Moskvada ümumilikdə 526 mindən çox insan koronavirusa yoluxub, 382 mindən çox pasiyent xəstəliyə qalib gəlib.

Müəllif: Ayna.az