Moskvada daha 7 nəfər koronavirusdan ölüb

Dünya

09.04.2020 - 02:26

Həkimlər Klinikalar SEO Xidməti

Xəstələr 49-90 yaşları arasında olub

 

Rusiya paytaxtında COVID-19 diaqnozu qoyulmuş daha yeddi nəfər ölüb.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, bu barədə Moskvada koronavirusla bağlı vəziyyətin monitorinqi məqsədilə yaradılmış operativ qərargahdan bildirilib.

 

Xəstələr 49-90 yaşları arasında olub.

 

“Xəstələrdə şəkərli diabet, hipertoniya, kardioskleroz, pielonefrit, mədəaltı vəzin atrofiyası kimi digər xəstəliklər də olub. Yoluxanların üçü xroniki bronxitdən əziyyət çəkib”, - məlumatda belə deyilir.

 

Qeyd edək ki, Rusiyada bu günə olan məlumata əsasən, 8672 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş