Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4776 nəfərə çatıb
Moskvada son sutka ərzində daha 12 pasiyent koronavirusdan dünyasını dəyişib, 640 nəfər isə virusa yoluxub.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4776 nəfərə çatıb. Şəhərdə ümumilikdə 259 070 koronavirusa yoluxma faktı qeydə alınıb.
208 193 nəfər isə virusa qalib gəlib.