"Onların hamısında pnevmoniya diaqnozu təsdiqlənib"
Son sutkada Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 10 pasiyent ölüb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Koronavirusla Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.
Məlumata görə, bununla da paytaxtda COVID-19-dan ölənlərin sayı 4 867 nəfərə çatıb.
“Moskvada 10 pasiyent vəfat edib. Onların hamısında pnevmoniya diaqnozu təsdiqlənib və koronavirus infeksiyası testləri müsbət nəticə verib”, - deyə xəbərdə bildirilir.