Moskvada 65 yaşdan yuxarı şəxslərlə bağlı qadağanın vaxtı uzadılıb

Dünya

28.11.2020 - 08:14

Yaşlı insanlara yaşayış yerini tərk etməmək tapşırılıb

 

Moskva vilayətində 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olan şəxslərin özünütəcrid rejimi dekabrın 13-dək uzadılıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Vorobyovun fərmanında deyilir. Yaşlı insanlara yaşayış yerini tərk etməmək tapşırılıb.

 

Qeyd edək ki, Moskva vilayətində ümumilikdə 108 mindən çox insanda koronavirusa yoluxma halı aşkarlanıb.

Müəllif: Ayna.az