Həkimlərin məsləhəti ilə Cukanoviç ağciyər iltihabından müalicə olunur
Monteneqro Prezidenti Milo Cukanoviç pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib, bununla belə onun bütün koronavirus testləri mənfi nəticə göstərib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Monteneqro liderinin mətbuat xidməti bildirib.
Məlumatda qeyd olunur ki, həkimlərin məsləhəti ilə Cukanoviç ağciyər iltihabından müalicə olunur. Onun bütün həyati göstəricilər sabitdir, o, prezident vəzifələrini maneəsiz yerinə yetirir.