Misirdə COVID-19-a yoluxanların sayı artıb

Dünya

14.05.2020 - 10:48

cedabet Klinikalar SEO Xidməti

Bir sutkada COVID-19-dan 12 nəfər ölüb

 

Misirdə son sutka ərzində koronavirusa 338 yoluxma halı qeydə alınıb. AYNA xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 10431 nəfərə çatdığı qeyd olunur.

 

Məlumatda mayın13-də COVID-19 virusundan 12 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 556 nəfərə çatdığı bildirilib.

 

Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 160 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 2456 pasiyent tam müalicə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş