Misir, Mərakeş və BƏƏ Qəzzaya sülhməramlılar göndərilməsini ABŞ-la müzakirə ediblər

Dünya

15.05.2024 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

“Üç ərəb dövləti ilkin müzakirələr aparıblar, lakin onlar ABŞ-ın əvvəlcə Fələstin dövlətini tanımasını istəyirlər”

Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münaqişə bitdikdən sonra Qəzza zolağında yerləşdiriləcək sülhməramlı əməliyyatda iştirakla bağlı ABŞ-la ilk məsləhətləşmələri keçirib. AYNA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

“Üç ərəb dövləti - Misir, BƏƏ və Mərakeş ilkin müzakirələr aparıblar, lakin onlar ABŞ-ın əvvəlcə Fələstin dövlətini tanımasını istəyirlər”, - adının açıqlanmasını istəməyən Qərb rəsmisi nəşrə bildirib.

Qəzet yazır ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ərəb dövlətləri hərbi qüvvələrinin sülhməramlı missiyada iştirak etmək ideyasını rədd ediblər. Çünki belə bir addım İsraili dəstəkləmək kimi qəbul edilə bilər.

Qeyd edək ki, ABŞ Fələstində təhlükəsizliyi təmin edəcək güc strukturu olmadığı halda müharibə bitdikdən sonra Qəzza zolağında yerləşdiriləcək sülhməramlı missiya yaratmağa çalışır. Lakin Co Bayden administrasiyası Amerika qoşunlarını Qəzzada yerləşdirmək niyyətində deyil.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken CBS telekanalına müsahibəsində bildirmişdi ki, Vaşinqton təhlükəsizliyin təmin edilməsi, idarəetmə orqanlarının yaradılması və anklavın bərpası üçün planlar hazırlayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş