Bir nəfər miqrant quru sərhədini qanunsuz keçərək sığınacaq üçün müraciət edib
Bir nəfər miqrant Rusiyadan Vaalimaa keçid məntəqəsi yaxınlığındakı meşədən keçərək Finlandiyaya qanunsuz daxil olub. AYNA xəbər verir ki, bu barədə “HS.fi” məlumat yayıb.
Finlandiya Sərhəd Mühafizəsinin Cənub-Şərq Sərhəd Dəstəsinin nümayəndəsi Kimmo Qromoff bildirib ki, Vaalimaa sərhəd-keçid məntəqəsində bir nəfər Finlandiya ilə Rusiya arasında quru sərhədini qanunsuz keçərək sığınacaq üçün müraciət edib. O, iki metrlik hasarın üstünə çıxıb.
Qromoffun sözlərinə görə, qeyri-qanuni sərhəd keçidi şənbə günü axşam saat 7-dən sonra qeydə alınıb.