Minskdəki etiraz aksiyaları zamanı bir nəfər ölüb

Dünya

10.08.2020 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

Aksiyaçı beyin travması xəsarətindən dünyasını dəyişib

 

Belarusun paytaxtı Minskdəki etiraz aksiyaları zamanı bir vətəndaşın öldüyü açıqlanıb. AYNA xəbər verir ki, bu barədə “Vesna” İnsan Haqları Mərkəzinin nümayəndəsi Valentin Stefanoviç məlumat yayıb.

 

O, qeyd edib ki, ixtişaşda ölüm xüsusi nəqliyyat vasitəsinin etirazçıların üzərinə sürülməsi zamanı baş verib. Aksiyaçı beyin travması xəsarətindən dünyasını dəyişib. Stefanoviç bundan əlavə, üç nəfərin ağır yaralandığını söyləyib. Belarus Daxili İşlər Nazirliyi hadisələrlə bağlı rəsmi açıqlama verməyib.

 

Onu da bildirək ki, avqustun 10-da iğtişaşlarla bağlı cinayət işi açılıb. Aksiyaların iştirakçıları və təşkilatçılarını 15 ilə qədər həbs cəzası gözləyir.

 

Xatırladaq ki, Minskdə və Belarusun digər şəhərlərində kütləvi etirazlar avqustun 9-da keçirilən prezident seçkilərinin səsverməsi başa çatdıqdan sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, Belarusun hazırkı rəhbəri Aleksandr Lukaşenko 81 faiz səs toplayıb. Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə 8 faiz səs toplayıb. Vətəndaşlar 1994-cü ildən bəri Belarusa rəhbərlik edən Lukaşenkonun qələbəsinə inanmırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş