Minskdə etirazçılarla polis arasında toqquşmalar başlayıb

Dünya

11.08.2020 - 04:11

Həkimlər Klinikalar SEO Xidməti

Güc strukturları etirazçılara rezin güllələrdən atəş açıblar

 

Belarusun Brest şəhərində prezident seçkilərinin nəticələrinə qarşı mitinqçilərin saxlanılması başlayıb. AYNA-nın məlumatına görə, bu barədə “Sputnik Belarus” xəbər verib.

 

Bildirilir ki, hazırda OMON-çular Maşerov prospekti ilə Sovet küçəsinin kəsişməsindədir. Onlar kütləyə daxil olur və seçmə insanları tuturlar.

 

Agentliyin məlumatına görə, hərəkətdə olan maşınlar siqnal verir, insanlar isə sadəcə əl çalırlar.

 

Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Minskdə və digər şəhərlərdə kütləvi etirazlar başlayıb. Ölkədəki icazəsiz nümayişlərdə təxminən 3 min nəfər saxlanılıb.

 

Qrodno şəhərinin mərkəzi küçəsində də saxlalınanlar var.

 

Minsk və Brestdə güc strukturları etirazçılara rezin güllələrdən atəş açıb.

 

Minskin Puşkin meydanında etirazçılarla polis arasında toqquşmalar başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş