Mingəçevirdə hoteldə yanğın baş verib - VİDEO

Hadisə

09.05.2026 - 22:20

Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib: xəsarət alan olmayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA.AZ-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb.

Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş