Ölənlərdən ikisi torpaq altında qalıb
Meksikanın paytaxtı Mexikoda şiddətli yağış sel əmələ gətirib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, fırtına ilə müşahidə edilən yağış bir sıra fəsadlara yol açıb.
Hidrometeroloqlar narıncı hava xəbərdarlığı elan ediblər.
Bəzi ərazilərdə torpaq sürüşməsi də baş verib. Ölənlərdən ikisi torpaq altında qalıb.
Alvaro Obregon bölgəsində 52-dən çox binaya ziyan dəyib.