Məşhur aktyorun səhhəti kəskin şəkildə pisləşib

Dünya

10.08.2020 - 18:09

Həkimlər Klinikalar SEO Xidməti

Ev dustağı olan Yefremovun ürək problemləri var

 

Rusiyanın məşhur aktyoru Mixail Yefremovun səhhəti kəskin şəkildə pisləşib. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə onun vəkili Elman Paşayev məlumat verib.

 

Vəkil deyib ki, Yefremovun ürək problemi var. Paşayev detallı açıqlama verməkdən imtina edib.

 

Bəzi mənbələrin bildirdiyinə görə, sənətçinin insult olma ehtimalı səbəbindən üstünə iki dəfə təcili yardım çağırılıb. Həkimlər ona keçici işemik hücum diaqnozu qoyublar.

 

Qeyd edək ki, Yefremov Moskvanın mərkəzində ölümlə nəticələnən qəza törətdiyi üçün 2021-ci ilin yanvar ayına qədər ev dustaqlığına məhkum edilib. Hadisə iyunun 8-də baş verib. Aktyor avtomobilini başqa bir maşına çırpıb, həmin maşının sürücüsü Sergey Zaxarov xəstəxanada ölüb. Avtomobili sərxoş vəziyyətdə idarə edən sənətçinin özü xəsarət almayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş