Meksikada avtobus aşıb, 17 nəfər ölüb

Dünya

07.10.2023 - 01:38

Venesuela vətəndaşı olan 55 miqrantın olduğu avtobus aşıb

Meksikanın cənubundakı Oahaka ştatında avtobusun aşması nəticəsində azı 17 nəfər ölüb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə və Risklərin İdarə Edilməsi Xidməti məlumat yayıb.

“Oahaka-Kuaknopalan avtomobil yolunun 88-ci kilometrliyində əksəriyyəti Venesuela vətəndaşı olan 55 miqrantın olduğu avtobus aşıb. İlkin məlumatlara görə, qəza nəticəsində 17 nəfər ölüb”, - qurumun “X” sosial şəbəkəsindəki səhifəsində yazılıb.

Qəza nəticəsində daha bir neçə nəfərin xəsarət aldığı və onlara tibbi yardım göstərildiyi qeyd edilir. Miqrantları daşıyan avtobusun aşmasının səbəbləri hələ müəyyən edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş