Meksika koronavirusun pik həddini yaşayır

Dünya

15.05.2020 - 13:44

cedabet Klinikalar SEO Xidməti

İndiki halda karantin tədbirlərinin yumşaldılması doğru sayılmır

 

Meksika koronavirusun yayılmasının pik nöqtəsinə çatıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, rəsmilərin son açıqlamasında ölkədə indiyə qədər ən böyük günlük yoluxma qeydə alınıb.

 

Son sutkada koronavirusa yoluxma faktı 2409 nəfərdir. Hazırda ölkədə təsdiqlənmiş halların ümumi sayı 40 mindən çoxdur. Ölkə Cənubi Amerikada pandemiyanın mərkəzinə çevrilib.

 

Buna baxmayaraq, ölkədə iqtisadi vəziyyətin pisləşməsi, xüsusilə ABŞ ilə sərhədə yaxın fabriklərin yenidən açılmasına məcbur edir. Gələn həftənin bazar ertəsi, bəzi əsas sənaye sahələrinin - dağ-mədən, tikinti və avtomobil yığımı da daxil olmaqla, qismən açılması planlaşdırılır.

 

Meksikanın baş epidemioloqu Hugo Lopez-Gatell ölkədəki vəziyyəti "epidemiyanın ilk dalğasının ən çətin anı" olaraq xarakterizə edib. O, indiki halda karantin tədbirlərinin yumşaldılmasının doğru olmadığını deyib.

 

Cənab Lopez-Gatell, amma bəzi sənaye sahələrinin yenidən açılmasının böyük hazırlıq xarakteri daşıdığını, iyunun 1-dək planlaşdırılmayan işlərin daha geniş şəkildə yenidən başlayacağını vurğulayıb.

 

Qeyd edək ki, aprel ayının sonunda paytaxt Mexikoda, xəstəxanalar avadanlıqlar çatışmazlığı üzündən xəstələrdən üz çevirməli olmuşdu. Bu ayın əvvəlində Meksika bir ABŞ firmasından 200-dən çox süni tənəffüs aparatları alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş