Dmitri Peskov: “Bütün cari məsələlər müzakirə olunacaq”
Müstəqin Dövlətlər Birliyinin (MDB) liderləri Aktauda AZAL-a məxsus təyyarənin qəzasını müzakirə edəcəklər. AYNA xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bütün cari məsələlər müzakirə olunacaq. Əlbəttə ki, liderlər təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə başsağlığı verəcəklər”, – Peskov vurğulayıb.
Xatırladaq ki, bu gün Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.
Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, qəzadan sonra sağ qalanların sayı 32-dir. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.