Matəmlə əlaqədar televiziyaların proqramında dəyişiklik ediləcək

Xəbərlər

25.12.2024 - 19:10

Həkimlər Klinikalar SEO Xidməti

Audiovizual Şura məlumat yayıb

Matəmlə əlaqədar televiziyaların proqramında dəyişiklik ediləcək. AYNA xəbər verir ki, bu barədə Audiovizual Şuradan bildirilib.

Qeyd olunub ki, dekabrın 26-da matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladır ki, audiovizual media subyektləri tərəfindən "Media haqqında" Azərbaycan Respublikası Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.2-ci və 39.3-cü maddələr) tələblərinə riayət olunmalıdır.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, qəzadan sonra sağ qalanların sayı 32-dir. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş