Dörd rayonun sakinlərinin diqqətinə!

Xəbərlər

09.09.2019 - 10:47

Gün ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq

 

Sentyabrın 9-u səhər saat 09:00-dan Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

 

Bundan başqa, saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində təchizatı dayandırılıb.

 

Həmçinin, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar bu gün saat 10:00-da Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılıb. Təchizatın bərpası saat 16:00-da baş verəcək.

 

Nəhayət, saat 10:00-dan etibarən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə verilməyə başlayıb. Təmir işləri bitdikdən sonra fasilələr aradan qaldırılacaq.

Müəllif: Ayna.az