Mask Texasda texniki universitet açacaq

Dünya

14.12.2023 - 02:23

cedabet dərman SEO Xidməti

Təxmini açılış tarixi barədə məlumat verilməyib

Amerikalı milyarder İlon Mask ABŞ-ın Texas ştatının Ostin şəhərində texniki universitet açmağı planlaşdırır.

AYNA-nın məlumatına görə, bu barədə Maskın "The Foundation" xeyriyyə təşkilatının vergi bəyannaməsinə istinadən "Bloomberg" məlumat yayıb.

"Pandemiya zamanı Texasa köçən İlon Mask Ostində universitet açmağı planlaşdırır", - agentlik yazıb.

Qeyd edilir ki, Maskın 100 milyon dollara yaxın sərmayə qoyduğu təhsil kompleksinə texniki fənlərə yönəlmiş ibtidai və orta məktəblər daxil olacaq. Açıldıqdan sonra ən yüksək səviyyədə təhsil üzrə ixtisaslaşmış universitet yaradılana qədər təhsil fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Məktəbin və universitetin təxmini açılış tarixi barədə məlumat verilməyib, lakin kompleksin açılışı üçün ərizə 2022-ci ilin oktyabrında təqdim edilib və 2023-cü ilin martında təsdiqlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş