Masalıda 1300 abonent qazsız qalacaq

Xəbərlər

01.12.2025 - 17:08

Ərkivan qəsəbəsinin qaz təchizatı dayandırılacaq

Dekabrın 3-də Masallı rayonu, Ərkivan qəsəbəsinin qaz təchizatı dayandırılacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən qeyd edilib.

Bildirilib ki, qəsəbədə yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olaraq, Ərkivan qəsəbəsinin bir hissəsi, həmçinin Həsnəküçə, Abaslı, Miyondi, Qızlaküçə, Pələnküçə və Bağlaküçə məhəllələrini əhatə edən ərazidə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təchizatın dayandırılması ümumilikdə 1 300-ə yaxın abonenti əhatə edəcək və saat 10:00-dan işlər yekunlaşanadək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş