Polis körpənin ailənin istəyi ilə topağa diri-diri basdırıldığını ehtimal edir
Hindistanın Uttar Pradeş əyalətində diri-diri torpağa başdırılan körpə xilas olunub.
AYNA-nın xarici mediaya istinadən xəbərinə görə, polis müdiri Abhinandan Singh açıqlamasında bildirib ki, yeni doğulan körpəni öz övladının qəbrini ziyarət etməyə gedən bir kəndli tapıb.
Məlumatda bildirilir ki, üzərinə 90 sm hündürlüyündə torpaq atılan qız uşağı məzardan çıxarılıb və dərhal xəstəxanaya çatdırılıb. Polis körpənin ailənin istəyi ilə topağa diri-diri basdırıldığını ehtimal edir. Çünki Hindistanda qız uşaqlarının doğulması arzuedilən deyil.
Qeyd edək ki, Hindistan dünyada selektiv abortlara görə də seçilən ölkədir. Elə əyalətləri var ki, orada qız uşağının doğulması fəlakət, faciə hesab olunur. Bölgənin düşüncəsinə görə, qız uşağı kasıb ailə üçün əlavə yükdür.