Malatyada yenidən güclü zəlzələ olub

Dünya

27.02.2023 - 14:30

Ata və qızı dağıntılar altında qalıb

Türkiyənin Malatya bölgəsində yenidən güclü zəlzələ baş verib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, 5,6 bal gücündə olan zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.

AFAD-ın məlumatında qeyd edilib ki, zəlzələ nəticəsində dağıntılar qeydə alınıb.

“Hazırda axtarış-xilasetmə qüvvələri ərazidə fəaliyyət göstərirlər. Bir ata və qızının dağıntılar altında qaldığı müəyyənləşib”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş