Makronla Rəisi arasında telefon danışığı olub

Dünya

10.06.2023 - 23:53

Telefon danışığının 90 dəqiqə davam etdiyi bildirilib

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

AYNA xəbər verir ki, bu barədə İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi “Twitter“də paylaşım edib.

Fransa Prezidenti iranlı həmkarına zəng edib. Telefon danışığı 90 dəqiqə davam edib.

Liderlər qarşılıqlı fəaliyyətin davam etdirilməsi, xüsusi ilə də sanksiyaların aradan qaldırılması və regional məsələlərlə bağlı danışıqlar barədə razılığa gəliblər.

Müəllif: Ayna.az